Zelenski: Növbəti üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər

1 Min Read

Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən məsləhətləşmələrdən sonra bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüş martın əvvəlində BƏƏ-nin paytaxtı Əbu-Dabidə baş tuta bilər.

Zelenskinin sözlərinə görə, görüşdə əldə olunan razılaşmaların ümumiləşdirilməsi və liderlər səviyyəsində təhlükəsizlik zəmanətləri üzrə hazırlıq aparılması planlaşdırılır. O əlavə edib ki, müharibənin sona çatması Ukraynanın və onun tərəfdaşlarının əsas mövqeyidir, lakin hazırda Rusiyanın sülhə hazır olmadığı və hərbi əməliyyatlarını dayandırmayacağı müşahidə olunur. Prezident vurğulayıb ki, dünya Rusiyaya təzyiq göstərməyə hazır olmalıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş