İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin baş naziri Binyamin Netanyahunu Birləşmiş Ştatları İrana qarşı müharibəyə təhrik etməkdə ittiham edib.
“X” sosial şəbəkəsində paylaşım edən İİR xarici işlər idarəsinin rəhbəri bildirib ki, Netanyahu ivrit dilində açıq şəkildə Vaşinqtonu İsrailin maraqları naminə müharibəyə qatması ilə fəxr edir: “Netanyahu Amerika kanallarında minlərlə saatlıq efir vaxtına sahib olmaqla ABŞ-yə necə təsir göstərdiyinə açıq şəkildə gülür”.
Əraqçi əlavə edib ki, İsrailin hökumət başçısı ingilis dilində çıxışlarında ABŞ prezidentinin liderliyini tərifləsə də, pərdəarxası fərqli siyasət yürüdür. İranlı nazir bəyanatının sonunda Netanyahunu “ilan” adlandırıb.
İzmedia.az
![]()

