Çin Mərkəzi Televiziyası (CCTV) Nepal polisinə istinadən xəbər verir ki, ölkədə baş verən dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 919 nəfərə çatıb.
Son məlumatlara görə, təbii fəlakət bölgəsində 4 min 247 nəfər hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, fəlakət avqustun 26-sı səhər saatlarında Nepalın şimal hissəsində qeydə alınıb. İlkin qiymətləndirmələrə əsasən, fəsadlara Çinlə sərhəddə, Rasuvagadhi keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən güclü qar uçqunu və buzlaq çöküntüsü səbəb olub. Böyük sürətlə hərəkət edən dağ qayaları və su axını çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş əraziləri su altında qoyub.
İzmedia.az
![]()

