Pezeşkian: “ABŞ öhdəliklərinə qayıtsa, İran da analoji addım atacaq”

1 Min Read
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində çıxış edərkən Vaşinqtonu razılaşmaları pozmaqda ittiham edib və Tehranın şərtli mövqeyini bəyan edib.
Pezeşkian Birləşmiş Ştatların addımlarına adekvat cavab verildiyini bildirib: “ABŞ-ın öhdəlikləri pozması İran tərəfindən mütənasib cavabla qarşılandı. Lakin mən açıq şəkildə bildirirəm: əgər ABŞ İslamabad anlaşma memorandumuna əsasən öz öhdəliklərini yerinə yetirməyə qayıtsa, İran İslam Respublikası da dərhal analoji cavabı verəcək”.
İran dövlət başçısı əlavə edib ki, Vaşinqtondan fərqli olaraq, Tehran beynəlxalq öhdəliklərinə və imzalanmış müqavilələrə hər zaman sadiq qalıb, bütün addımlarını beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə atıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş