Çinin “Hongqi” brendi günəş panelli elektromobil prototipini təqdim etdi

1 Min Read
Çinin avtomobil nəhəngi “FAW Group”a məxsus lüks “Hongqi” brendi tavanında günəş paneli quraşdırılmış “EHS7” krossoverinin (yerli bazarda “Tiangong 08”) prototipini nümayiş etdirib.
Yeni layihədə klassik silikon panellər əvəzinə innovativ perovskit fotovoltaik elementlərindən istifadə olunub. İstehsalçı tərəfindən bildirilib ki, optimal hava şəraitində tavan ili 400 kVt/saata qədər elektrik enerjisi istehsal edə bilir. Gələcəkdə bu panellərin yalnız tavana deyil, avtomobilin digər kuzov hissələrinə də inteqrasiya edilməsi sayəsində gündəlik əlavə yürüş məsafəsinin 80 kilometrə qədər artırılması hədəflənir.
Ekspertlərin hesablamalarına görə, bu göstərici Çindəki elektromobil sahiblərinin 85 faizinin gündəlik şəhəriçi hərəkət tələbatını tam qarşılamağa imkan verir. Bu isə avtomobil həvəskarlarının müntəzəm şarj ehtiyacını minimuma endirə bilər.
Yüngül, çevik və nisbətən ucuz başa gələn perovskit texnologiyasının kütləvi istehsala tətbiq olunma tarixi hələlik açıqlanmayıb. Mühəndislər seriyalı istehsaldan öncə panellərin davamlılığı və xarici mühit amillərinə müqaviməti ilə bağlı texniki məsələləri tam həll etməlidirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş