“Reuters” agentliyi və “Ipsos” sosioloji mərkəzinin birgə keçirdiyi son sorğunun nəticələrinə əsasən, ABŞ Prezidenti Donald Trampın iş fəaliyyətinə olan xalq etimadı 33 faizə düşüb. Bu göstərici amerikalı liderin bütün siyasi karyerası ərzində qeydə alınan en aşağı göstəricidir.
Nəticələr göstərir ki, artıq ardıcıl üç sorğudur ki, amerikalıların yalnız üçdə biri Trampın Ağ Evdəki fəaliyyətini dəstəkləyir. Qeydə alınan göstərici eks-prezident Co Baydenin 2024-cü ilin oktyabrında malik olduğu ən aşağı anti-rekorddan (35%) da aşağıdır.
Sosioloqların rəyinə görə, əhalinin artan narazılığı birinci növbədə ölkədəki ağır iqtisadi vəziyyət, həyat bahalaşması və İranla davam edən hərbi münaqişə ilə bağlıdır. Xüsusilə, müharibə fonunda yanacağın və benzin qiymətlərinin kəskin bahalaşması vətəndaşların inflyasiya ilə bağlı narahatlıqlarını pik həddə çatdırıb.
Siyasi reytinqindəki eniş fonunda Donald Tramp özünün “Truth Social” şəbəkəsində ABŞ prezidentlərinin subyektiv reytinq siyahısını paylaşıb. O, özünü ayrıca “Ən Böyüklər” (“The Greatest”) kateqoriyasına daxil edib, Abraham Linkoln, Corc Vaşinqton, Franklin Ruzvelt, Vudro Vilson, Tomas Cefferson və Endryu Cekson kimi tarixi şəxsiyyətləri də böyük Amerika liderləri sırasına aid edib.
İzmedia.az
![]()

