Ərdoğan: “Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verməyə davam edəcək”

1 Min Read
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Türkiyə Prezidentinin İletişim Başkanlığının yaydığı məlumata görə, dövlət başçıları ikitərəfli münasibətlər, regional və qlobal prosesləri müzakirə ediblər. Ərdoğan “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan strateji müttəfiqliyin əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Sülh prosesinə toxunan Türkiyə lideri bəyan edib: “Biz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına töhfə verməyə davam edəcəyik. Əldə ediləcək davamlı sülh bölgəmiz üçün həyati güc və yeni nəfəs mənbəyinə çevriləcək”.
Görüşdə həmçinin energetika, nəqliyyat və infrastruktura sahələrində birgə layihələrin icrası, o cümlədən regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentini Antalyada keçiriləcək COP31 sammitinə dəvət edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş