VTB İndoneziya və Filippində QR kodla ödəniş sistemini istifadəyə verib

2 Min Read

 

Rusiyanın VTB Bankı xaricdəki rusiyalı turistlər və iş adamları üçün maliyyə xidmətlərini genişləndirməyə devam edir. Bank İndoneziya və Filippində “VTB Online” tətbiqi vasitəsilə QR kodla ödəniş sistemini rəsmən istifadəyə verib. Bu barədə VTB-nin vitse-prezidenti və İdarə Heyətinin sədri Georgi Qorşkov Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) bəyanat verib.
Bankın təqdim etdiyi statistikaya əsasən, cari ilin yanvar ayından bəri VTB müştəriləri xaricdə ümumi məbləği 3,5 milyard rubldan (təxminən 40,3 milyon ABŞ dolları) çox olan 1 milyondan artıq QR kod əməliyyatı həyata keçiriblər. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə onlarca dəfə çoxdur. Xaricdə həyata keçirilən orta əməliyyat məbləği isə 3000 rubldan (təxminən 35 dollar) yuxarı təşkil edib.
Tədbirdə çıxış edən Georgi Qorşkov xidmətin rahatlığını vurğulayıb: “VTB Online vasitəsilə QR kod ödənişləri Rusiyada olduğu kimi xaricdə də alış-veriş üçün rahat, sürətli və təhlükəsiz bir mexanizmdir. Rusiya vətəndaşlarının səyahət etdikləri ölkələrdə vərdiş etdikləri ödəniş üsullarından maneəsiz istifadə edə bilmələri üçün şəbəkəyə yeni ölkələr əlavə etməyə davam edəcəyik”.
Məlumata görə, İndoneziyada ödənişlər ölkə üzrə 40 milyondan çox ticarət obyektini əhatə edən milli “QRIS” sistemi vasitəsilə həyata keçirilir. Filippində isə sistem yerli aparıcı ödəniş şəbəkələrinə inteqrasiya olunub və minlərlə mağaza, restoran və xidmət mərkəzində keçərlidir.
Xatırladaq ki, VTB daha əvvəl Argentina, Braziliya, Vyetnam, Misir, Çin, Qırğızıstan, Tayland, Tacikistan və bir sıram digər ölkələrdə analoji QR kod ödəniş infrastrukturunu işə salıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş