İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak şərtini açıqlayıb

1 Min Read
İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmaill Bəqayi bildirib ki, ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, Tehran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır.
Mətbuat konfransı zamanı çıxış edən Bəqayi vurğulayıb: “Əlbəttə ki, ev sahibi ölkənin öz öhdəliklərini yerinə yetirməsi və razılaşmaya uyğun olaraq giriş vizalarını vaxtında təmin etməsi şərti ilə bu görüşdə iştirak etməyimiz planlaşdırılır”.
XİN rəsmisi əlavə edib ki, İran Nyu-Yorkdakı bu beynəlxalq platformadan cari qlobal və regional məsələlərlə bağlı rəsmi mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə etmək niyyətindədir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş