İran XİN “Məkkə sazişi”nə rəsmi dəvət almadığını bəyan edib

1 Min Read

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış üçtərəfli birgə müdafiə müqaviləsinə (“Məkkə sazişi”) qoşulmaq üçün Tehrana rəsmi dəvət göndərilməsi barədə xəbərləri təkzib edib. O, bu istiqamətdə müəyyən təkliflərin səsləndirilməsinə baxmayaraq, tərəflərdən rəsmi dəvətin daxil olmadığını bildirib.
Eyni zamanda, ABŞ-ın İrana qarşı yürütdüyü siyasəti sərt tənqid edən diplomat münaqişənin gedişatı ilə bağlı qətiyyətli möqeyini nümayiş etdirib. Bəqayi vurğulayıb ki, Tehran heç vaxt müharibənin təcavüzkar tərəfin diktə etdiyi şərtlərlə yekunlaşmasına imkan verməyəcək: “Müharibəni əlbəttə ki, biz başlatmamışıq, amma onun sonunun təcavüzkarın şərtləri ilə müəyyən edilməsinə icazə verməyəcəyik”.
Xatırladaq ki, bundan əvvəl “Əl-Məyadin” telekanalı Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın İranı Məkkə Sazişinə qoşulmağa dəvət etdiyi və Tehranın bu təklifi nəzərdən keçirdiyi barədə məlumat yaymışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş