Ukrayna Prezidenti Volodimir Zelenski “Axios” nəşrinə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Kiyev və Moskvaya səfərlərinin təfərrüatlarını açıqlayıb. Ukrayna liderinin sözlərinə görə, amerikalı diplomatlar Rusiya tərəfinin sülh danışıqlarına yenidən başlamağa hazır olduğunu diqqətə çatdırıblar.
Vaşinqtonun təşəbbüsü və diplomatik təkliflər:
-
Enerji və logistika üzrə yeni ideyalar: Müzakirələrin əsas məqsədi soyuq qış mövsümü başlamazdan əvvəl hərbi əməliyyatların gərginliyini azaltmaq və diplomatik prosesin “maneəsini açmaq”dır. Zelenski bildirib ki, ABŞ nümayəndələri enerji obyektlərinin təhlükəsizliyi, taxıl tədarükünün bərpası, eləcə də neft və qaz ixracı ilə bağlı müəyyən təkliflər təqdim ediblər.
-
Üçtərəfli formatın bərpası: Cared Kuşner diplomatik durğunluğu aradan qaldırmaq üçün ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqlar formatına qayıtmağın vacibliyini vurğulayıb. Zelenski hesab edir ki, Vladimir Putin Prezident Tramp ilə münasibətləri korlamaq istemədiyi üçün ABŞ-ın vasitəçilik təşəbbüslərini müzakirə etməyə meyillidir və yaxın vaxtlarda üçtərəfli görüşün keçirilməsi mümkündür.
Görüşdə ən mürəkkəb və fikir ayrılığı yaradan məsələ Donbasın gələcəyi olaraq qalır. “Financial Times”ın məlumatına görə, Putin Donbas regionu üzərində nəzarətin tamamilə Rusiyaya verilməsində israr edir. Zelenski isə hər hansı ərazi güzəştini qətiyyətlə rədd edərək xatırladıb ki, cəbhənin şərqində döyüşlər davam edir və Ukrayna ordusu öz mövqelərini möhkəmləndirməkdədir.
İzmedia.az
![]()

