İndoneziyada vulkan yaxınlığında beş jurnalist daxil olmaqla 7 nəfər itkin düşüb

1 Min Read
İndoneziyada “Anak Krakatau” vulkanı yaxınlığında reportaj hazırlamağa gedən beş jurnalist və iki mülki şəxs itkin düşüb. “Antara” xəbər agentliyinin sentyabrın 9-da verdiyi məlumata görə, jurnalistləri daşıyan sürət qatırı sentyabrın 7-də Banten əyalətindəki Pagedongan körpüsündən yola düşüb və daha sonra onlarla əlaqə kəsilib.
Qayıqda “ANTARA”, “Merdeka”, “iNews”, “Anadolu” agentliklərinin əməkdaşları, bir müstəqil jurnalist və şəxsiyyəti hələ ki müəyyənləşdirilməyən daha iki nəfər olub.
Rəsmilər axtarış əməliyyatlarının birinci mərhələsinin nəticə vermədiyini bildiriblər. Vulkanın aktiv püskürməsi və ərazidəki əlverişsiz şərait xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş