Almaniya ordusunda son 13 ilin rekordu: Şəxsi heyətin sayı 186 mindən çoxdur

1 Min Read
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) şəxsi heyətinin sayı son 13 ildə maksimum həddə çatıb.
“Bild” qəzetinin məlumatına görə, iyul ayının sonuna olan göstəricilərə əsasən, Bundesverdə 186,700 hərbçi xidmət edir. Bu, ötən illə müqayisədə təxminən 3,700 nəfər çoxdur. Bir neçə illik tənəzzüldən sonra yenidən böyüyən Almaniya ordusu 2016-cı ildə 176 minlik minimum göstəriciyə düşmüşdü.
Hərbi xidmətə marağın artması da müşahid olunur. İyulun sonunadək daxil olan 47,300 müraciət ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25% çoxdur. Yeni hərbi xidmət proqramı çərçivəsində hazırda 12,100 könüllü və müqaviləli əsgər xidmətini davam etdirir ki, bu da 6%-lik artım deməkdir.
İşə qəbul üçün ən aktiv dövrün yay aylarına təsadüf etdiyini nəzərə alan Bundesver rəhbərliyi artımın ilin sonunadək davam edəcəyini proqnozlaşdırır. Almaniya 2031-ci ilə qədər hərbçilərin sayını 203 min nəfərə çatdırmağı hədəfləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş