Kanada və Ukrayna Yüzillik Tərəfdaşlıq Bəyannaməsi imzalayıblar

1 Min Read

Kanadanın Baş naziri Mark Karni və Ukrayna Prezidenti Vladimir Zelenski Kalqaridə keçirilən görüşdə iki ölkə arasında münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldıran Yüzillik Tərəfdaşlıq Bəyannaməsini imzalayıblar. Görüş zamanı tərəflər uzunmüddətli təhlükəsizlik, müdafiə və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Kanada hökuməti Ukraynaya hava hücumundan müdafiə sistemləri və sursatların təminatını nəzərdə tutan 250 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb. Baş nazir Mark Karni bu avadanlıqların Ukrayna səmasının, dinc əhalinin və kritik infrastrukturun rusiya hücumlarından qorunmasında mühüm rol oynayacağını bildirib.

Səfər çərçivəsində, həmçinin dron istehsalının həcminin kəskin artırılması barədə razılıq əldə olunub. Müvafiq plana əsasən, istehsal ediləcək milyonlarla pilotsuz uçuş aparatının üçdə biri birbaşa Ukraynaya göndəriləcək. Qeyd edək ki, müharibə başlayan dövrdən bəri Kanadanın Ukraynaya göstərdiyi ümumi yardımın həcmi 6,15 milyard dollara çatıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş