ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardım və Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini qəbul edib

1 Min Read

ABŞ Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın göstərilməsi və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu barədə “The Hill” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, qanun layihəsinin lehinə 226, əleyhinə isə 195 konqresmen səs verib.

Bildirilir ki, 18 respublikaçı konqresmen və Kaliforniyadan müstəqil nümayəndə Kevin Kili səsvermə zamanı demokratlara qoşulub. Nümayəndələr Palatası bir gün əvvəl keçirilən prosedur səsverməsində də təşəbbüsü təsdiqləmişdi.

Qanun layihəsinin müəllifi Nümayəndələr Palatasının üzvü və Xarici Əlaqələr Komitəsinin nümayəndəsi, demokrat Qreqori Miksdir.

“The Hill” qeyd edir ki, sənədin respublikaçıların nəzarətində olan Senatdan keçməsi ehtimalı aşağı qiymətləndirilir. Nəşrin yazdığına görə, Senatın çoxluq lideri, Cənubi Dakotadan olan respublikaçı Con Tun nadir hallarda prezidentin mövqeyindən kənara çıxır.

Qreqori Miks bildirib ki, respublikaçı rəhbərlik qanun layihəsinə qarşı çıxır.

Məlumata əsasən, sənəd Ukraynaya 8 milyard dollar həcmində hərbi kreditlərin ayrılmasını, Pentaqonun anbarlarından birbaşa silah tədarükünə imkan verən Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) proqramının 2027-ci ilədək uzadılmasını, həmçinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş