Kremldən Vilnüsə nüvə xəbərdarlığı: “Litva hədəfimizə çevriləcək”

1 Min Read
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Litva hakimiyyətinin ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulmuş konstitusiya qadağasının ləğvini müzakirə etməsinə münasibət bildirib. RBC-nin məlumatına görə, Peskov bu addımın regionda gərginliyi yeni və daha təhlükəli mərhələyə qaldıracağını vurğulayıb.
Kreml rəsmisi bildirib ki, bu cür proseslər öncədən proqnozlaşdırılan idi, lakin gərginliyin artması baxımından ciddi nəticələr doğuracaq: “Əgər ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, o, kiməsə qarşı yönəldilib. Aydın məsələdir ki, bu silah şərqə, yəni bizə tərəf tuşlanacaq. Əgər həmin ərazidə Rusiya üçün təhdid yaradan nüvə silahları mövcud olacaqsa, avtomatik olaraq həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfinə çevriləcək”.
Qeyd edək ki, Litva Seymi ölkə konstitusiyasında xarici hərbi bazaların və nüvə silahlarının yerləşdirilməsini qadağan edən maddəyə dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Dəyişikliyin gələn ilin əvvəlində qəbul olunacağı gözlənilir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş