ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək məqsədilə yeni fonda 5 milyard dollar investisiya qoymağı təklif edib. Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ və regional rəsmilərə istinadən məlumat yayıb.
Xüsusi fondun yaradılmasında eyni zamanda neft və qaz nəqlində Hörmüz boğazından asılılığı azaltmaq məqsədi güdülür. Nəşrin qiymətləndirməsinə görə, Vaşinqtonun bu addımı yeddi ay davam edən hərbi münaqişənin qlobal enerji bazarını ciddi şəkildə qeyri-sabitləşdirdiyinin dolayısı ilə etirafıdır.
Döyüş əməliyyatları nəticəsində regiondakı əsas boru kəmərləri, neft emalı zavodları və ixrac terminalları böyük dağıntılara məruz qalıb. Mütəxəssislərin fikrincə, zərər vurulmuş obyektlərin bərpası böyük maliyyə resursları və uzun müddət tələb edəcək.
İzmedia.az
![]()

