Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Çyaokun bildirib ki, Çin hakimiyyəti İordaniyadakı ABŞ hərbi bazasına raket zərbəsi endirməzdən əvvəl Çin tərəfinin İrana peyk şəkilləri verməsi ilə bağlı ittihamları əsassız hesab edir.
O, brifinq zamanı alınan məlumatları şərh edərkən vurğuladı ki, “Biz sübutlarla dəstəklənməyən əsassız şübhə və ittihamlara qətiyyətlə qarşıyıq”.
Rəsmi nümayəndə aydınlıq gətirib ki, “məsuliyyətli bir güc olaraq ÇXR həmişə beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirib”.
“The Wall Street Journal” qəzeti daha əvvəl Çin şirkətlərinin iyul ayında İordaniyadakı ABŞ hərbi bazasına raket hücumundan əvvəl İrana peyk görüntüləri təqdim etdiyini və nəticədə üç ABŞ əsgərinin ölümünə və dörd nəfərin yaralanmasına səbəb olduğunu bildirmişdi.
İzmedia.az
![]()

