Cəlilabad rayonunun Közbulaq kəndində yaşayış evində yanğın baş verib.
Izmedia.az xəbər verir ki, hadisə kənd sakini Yaqub Yaqubova məxsus evdə qeydə alınıb.
Alov qısa müddətdə evi bürüyüb və 104 kv-lik tikili tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Kənd sakinləri və hadisə yerinə gələn qüvvələrin müdaxiləsi nəticəsində yanğının ətrafdakı ərazilərə və digər tikililərə keçməsinin qarşısı alınıb.
İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
![]()

