ABŞ Hərbi Hava Qüvvələri: “Orbitdə qoşunlarımızı qoruyan kosmik silahlarımız var”

1 Min Read
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Maynk Birləşmiş Ştatların öz hərbi qüvvələrini potensial düşmənlərdən müdafiə etmək üçün kifayət qədər orbital silah arsenalına malik olduğunu bəyan edib.
“Politico” nəşrinin verdiyi məlumata görə, T.Maynk Hava və Kosmik Qüvvələr Assosiasiyasının tədbirində çıxışı zamanı ABŞ-ın orbitdəki hərbi imkanlarına diqqət çəkib.
“ABŞ-ın orbitində ordunu düşmən qüvvələrdən qoruya bilən kosmik müşahidə silahı var”, — deyə nazir vurğulayıb.
Rəsminin bu bəyanatı Vaşinqtonun kosmik fəzada müdafiə və müşahidə imkanlarını gücləndirdiyi bir vaxtda səslənib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş