Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumları dayandıracaq

1 Min Read

 

ABŞ Prezidenti Donald Tramp İsrail və İranın ən azı bir həftə ərzində bir-birinə zərbə endirməyəcəyini bildirib.

Onun sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi “çox yaxşı söhbət”dən sonra tərəflərin qarşılıqlı hücumları dayandırdığı barədə məlumat əldə edib.

Tramp jurnalistlərə açıqlamasında deyib: “Onlar İsraili vurdu, İsrail də cavab verdi. Mən buna görə onları günahlandıra bilmərəm. Amma indi bunu dayandırıblar. Beləliklə, tərəflər ən azı bir həftə və ya daha artıq müddətdə bir-birinə qarşı hərbi əməliyyat həyata keçirməyəcəklər”.

Qeyd edək ki, daha əvvəl də İsrail və İran arasında gərginliyin azaldılması məqsədilə müvəqqəti fasilələr elan olunub. Bu fasilələr adətən mümkün diplomatik həll yolları ilə bağlı bəyanatlarla müşayiət edilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş