İşxan Saqatelyan: “Nikol Paşinyan üçün manevr vaxtı bitdi”

1 Min Read
Ermənistanın “Ermənistan” fraksiyasının deputatı və ARF Daşnaksütun təmsilçisi İşxan Saqatelyan keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyanın xarici siyasətini sərt tənqid edib.
Deputat bildirib ki, Paşinyan Vaşinqton, Moskva, Türkiyə və Azərbaycan liderləri ilə görüşlərdə fərqli vədlər verib, hazırda isə ondan konseptual qərar tələb olunur. Saqatelyanın sözlərinə görə, mövcud hakimiyyətin qərarsızlığı ölkəni çətin seçim qarşısında qoyur.
Parlamentari həmçinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağın ağır nəticələr verəcəyini vurğulayıb. O, Rusiyadan idxal olunan qazın qiymətinin qalxacağı təqdirdə bunun ölkə iqtisadiyyatına ciddi zərbə vuracağını qeyd edərək, hakimiyyətin Azərbaycanı alternativ enerji mənbəyi kimi nəzərdən keçirməsinə də etiraz edib: “Dövlətimiz üçün təhlükə yaradan bir ölkə necə strateji malların təchizatçısına çevrilə bilər?”
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş