Hindistan və Pakistan hərbi gəmiləri toqquşub: Pakistan diplomasi XİN-ə çağırılıb

1 Min Read
Beynəlxalq sularda Hindistan və Pakistan hərbi gəmiləri arasında baş verən toqquşmadan sonra Pakistanın müvəqqəti işlər vəkili Hindistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Hindistan XİN incident zamanı ciddi ziyanın dəymədiyini bildirsə də, Pakistan gəmisinin hərəkətlərini “qəbuledilməz və qeyri-peşəkar” adlandıraraq qarşı tərəfə rəsmi etirazını çatdırıb. Yeni Dehlinin bəyanatında vurğulanır ki, bu addım iki ölkə arasında 1991-ci ilin aprelində imzalanmış hərbi təlimlər və manevrlər haqqında ikitərəfli sazişin 10-cu maddəsinin pozulması deməkdir.
Hindistan tərəfi analoji şikayət məktubunu İslamabaddakı diplomatik korpus vasitəsilə Pakistan XİN-ə də təqdim edib və qarşı tərəfi bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə çağırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş