Səudiyyə Ərəbistanı Məkkə istiqamətində husilərin dron hücumunun qarşısını alıb

1 Min Read
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatını (PUA) Məkkə şəhərinin hava məkanına daxil olana qədər zərərsizləşdirib.
Bu barədə “Əl-Ərəbiyyə” kanalına Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi sözçüsü general-mayor Turki əl-Maliki məlumat verib. Dron sentyabrın 15-də yerli vaxtla saat 18:50 radələrində Məkkənin cənubunda vurulub. Generalın sözlərinə görə, bu, husilərin Məkkəni hədəf almağa yönəlmiş ikinci cəhdidir; ilk oxşar hadisə 2017-ci ilin iyulunda ballistik raketlə baş vermişdi.
Koalisiya nümayəndəsi hücumun Ümrə ziyarətində olan zəvvarlar və mülki əhali üçün birbaşa təhlükə yaratdığını qeyd edərək, müqəddəs məkanların təhlükəsizliyinin “qırmızı xətt” olduğunu vurğulayıb. O, cavab tədbirlərinin görüləcəyini bildirib.
Öz növbəsində husilər Məkkəni və ya hər hansı digər dini məkanı hədəf aldıqları barədə iddiaları təkzib ediblər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş