“Financial Times” (FT) Britaniyanın Enerji və İqlim Kəşfiyyatı Bölməsinin (ECIU) analitik mərkəzinə istinadən xəbər verir ki, bu yay Avropada müşahidə olunan anomal yüksək temperatur ciddi kartof qıtlığı yaradacaq.
ECIU-nun məlumatına görə, həddindən artıq istilər səbəbindən məhsul yığımı 3,1 milyon ton azalıb ki, bu da maliyyə nöqteyi-nəzərindən 400-620 milyon avro itki deməkdir. Bildirilir ki, 2025-ci ilin rekord göstəricilərindən sonra 2026-cı ildə daha 3,6 milyon ton kartof yetişdirilməyib.
Analitiklər qeyd edir ki, Avropanın əsas kartof istehsalçıları olan Almaniya, Fransa, Belçika və Niderlandda ümumi istehsal 2025-ci ildəki 27,3 milyon tondan 2026-cı ildə 19,5-20,5 milyon tona düşəcək. Xüsusilə Fransada, şiddətli quraqlığın yaşandığı 2022-ci il istisna olmaqla, son 30 ilin ən aşağı məhsuldarlığı qeydə alınıb.
ECIU analitiki Tom Lankaster bildirib ki, kartof ən çox su tələb edən bitkilərdən biri olduğu üçün məhsuldarlığın bəzi hallarda 20% azalması qaçılmaz idi. O, iqlim dəyişikliyinin ön cəbhəsində olan fermerlər üçün vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb.
İzmedia.az
![]()

