Pekin, Moskva və Brüsseldən ziddiyyətli bəyanatlar: Qlobal iqtisadiyyatda gərginlik artır

1 Min Read
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun (Guo Jiakun) sentyabrın 17-də keçirdiyi mətbuat konfransında ölkəsinin xarici iqtisadi əməkdaşlığına müdaxilə cəhdlərini qətiyyətlə rədd edib. Nazirlikdən bildirilib ki, Çin bütün ölkələrlə bərabərlik və qarşılıqlı fayda prinsiplərinə uyğun ticarət əlaqələri qurur, bu əməkdaşlıq heç bir üçüncü tərəfə qarşı yönəlməyib və kənar təzyiqlərə məruz qala bilməz.
Pekinin sərt reaksiyasına ABŞ Konqresinin qəbul etdiyi və Rusiya neft məhsullarını idxal edən ölkələrə tarif tətbiqini nəzərdə tutan yeni qanun layihəsi səbəb olub. Çinli diplomat BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan tətbiq edilən birtərəfli məhdudiyyətlərin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.
Analoji mövqe ilə çıxış edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumunda Asiya dövlətlərinin Qərbin şantajlarına baxmayaraq, Rusiyadan enerji alışını davam etdirdiklərini qeyd edib. O bildirib ki, siyasi məqsədlər üçün qanunsuz üsullardan istifadə olunması qlobal bazarlarda qeyri-sabitlik yaradır və bu addımlar Nyu-York Fond Birjasındakı səhm qiymətlərinə təsir etmək məqsədi daşıyır.
Öz növbəsində, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Parisdəki biznes forumunda çıxış edərkən Avropa İttifaqının iqtisadi rifahının Rusiya enerjisindən, Çin bazarından və Qərbin texnoloji üstünlüyündən asılı olduğunu etiraf edib. Lakin o, qlobal ticarətdəki böhranın və enerji tədarükündəki kəsintilərin məhz Aİ-nin tətbiq etdiyi sanksiyaların nəticəsi olduğuna toxunmayıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş