“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

1 Min Read

Misli Premyer Liqasında 6-cı tur davam edir.

 

İzmedi.az. xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.

 

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, “Turan Tovuz” isə 8 xalla 5-cidir.

 

Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkəcək. Bakı təmsilçisi 12 xalla turnir cədvəlində 3-cü, bölgə klubu isə 4 xalla 8-cidir.

 

Misli Premyer Liqası VI tur

 

19 sentyabr

 

17:30. “Turan Tovuz” – “Zirə”.

 

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı.

 

Tovuz şəhər stadionu.

 

19:45. “Sabah” – “İmişli”.

 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.

 

“Bank Respublika Arena”.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş