izmedia.az xəbər verir ki, Paris Saint-Germain Fransa Liqa 1-in təxirə salınmış matçında “Lens”i 2:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.
Məlumata görə, Paris klubu ən yaxın izləyicisi olan “Lens” üzərində qələbə qazanaraq bitime bir tur qalmış xal fərqini artırıb və titulu təmin edib.
PSG-nin qollarını 29-cu dəqiqədə Khvicha Kvaratskhelia və 90+3-cü dəqiqədə Ibrahim Mbaye vurub.
Bu nəticə ilə PSG tarixində 14-cü Fransa çempionluğunu əldə edib.
Qeyd edək ki, Paris klubu yaxın günlərdə UEFA Çempionlar Liqasının finalında Arsenal ilə qarşılaşacaq.
![]()
