“Qarabağ” ordenli qəhrəman – “Bu dəfə yolumuz Şuşadan Xankəndiyə idi”

5 Min Read

“Qarabağ” ordenli qəhrəman – “Bu dəfə yolumuz Şuşadan Xankəndiyə idi” Azərbaycan fındıqdan sərvət qazandı – İnanılmaz rəqəmlər Türkiyə çalxalanır: Kaşif Kozinoğlunun ölümü ilə bağlı şok görüntülər ortaya çıxdı – Foto Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi – Siyahı Zeynəb Zamanovaya vəzifə verildi – Foto Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı – VİDEO Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu – 17 yaşlı oğlu saxlanıldı Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi – Foto Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz – Real döyüş kadrları Azərbaycan nefti bahalaşıb Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı “İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib”Qarabağ” ordenli qəhrəman – “Bu dəfə yolumuz Şuşadan Xankəndiyə idi” Azərbaycan fındıqdan sərvət qazandı – İnanılmaz rəqəmlər Türkiyə çalxalanır: Kaşif Kozinoğlunun ölümü ilə bağlı şok görüntülər ortaya çıxdı – Foto Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi – Siyahı Zeynəb Zamanovaya vəzifə verildi – Foto Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı – VİDEO Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu – 17 yaşlı oğlu saxlanıldı Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi – Foto Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz – Real döyüş kadrları Azərbaycan nefti bahalaşıb Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür Misli Premyer Liqası: “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı “İnter”in və İtaliya millisinin əfsanəvi oyunçusu Sandro Matsola vəfat edib

Oxu.azOxu.az

Live

İlham Əliyev

Antiterror tədbirləri

İran-ABŞ gərginliyi

Yaxın Şərqdə münaqişənin kəskinləşməsi

Zəngəzur dəhlizi

Hava proqnozu

Neokolonializmlə mübarizə

 

AZ

 

 

 

 

Qarabağ ordenli qəhrəman – Bu dəfə yolumuz Şuşadan Xankəndiyə idi

Foto

Ordu

Bu gün / 12:08

152

Xəbərlərimizi Google-da izləyin

Yeniliklərdən dərhal xəbərdar olun

 

“Qarabağ” ordenli qəhrəman – “Bu dəfə yolumuz Şuşadan Xankəndiyə idi”

A-

A+

Sentyabrın 27-də müharibə başlayanda xidmət etdiyimiz tabor qarşısında döyüş tapşırığı qoyuldu. Sentyabrın 29-da Cəbrayıl rayonunun Lələtəpə istiqamətində ön müdafiə xəttinin yarılması əməliyyatına qoşulduq. İlk səngərləri ələ keçirdikdən sonra düşmənin ikinci müdafiə səddinə doğru irəlilədik. Həmin xətti də yardıqdan sonra qarşımıza Cəbrayıl ərazisində “Vışqalar” adlandırılan yüksəkliyin azad edilməsi tapşırığı qoyuldu. Səhər saat 8-dək yüksəkliyin azad olunması barədə məruzə edilməli idi.

 

Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində iştirak edən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlısı, döyüşlərdə göstərdiyi şücaətə görə “Qarabağ” ordeni ilə təltif olunmuş baş çavuş Ələddin Hüseynli deyib.

etdikcə şiddətlənirdi. Xankəndi istiqamətindən Şuşaya əlavə qüvvələr göndərilirdi. Hücumların qarşısını alaraq tutduğumuz mövqeləri qoruyurduq. Noyabrın 7-də iriçaplı silahlar üçün sursat mövqelərimizə çatdırıldı. Xankəndi istiqamətindən hərəkət edən düşmən tankı da həmin döyüşlər zamanı məhv edildi.

– Şuşa qalasının döyüş zamanı sizə köməyi oldumu?

– Əlbəttə. Qala bizim üçün çox əlverişli mövqe idi. Çünki düşmən tanklarından atılan mərmilər qala divarlarına dəysə də, divarlar tab gətirirdi. Əsrlər boyu Şuşanın keşiyində dayanan qala həmin gün də bizim üçün səngərə çevrilmişdi. Onun möhkəm divarları bizi qoruyur, mövqelərimizi saxlamağımıza kömək edirdi.

– Bu qədər çətinliklərdən sonra o an yetişir və siz Şuşaya daxil olursunuz. Həmin an hansı hissləri keçirirdiniz?

– Şuşa əməliyyatı mənim yaddaşımda ən çox iz qoyan döyüşlərdəndir. Şəhərə yaxınlaşanda, yüksəklikdən Şuşanı görəndə keçirdiyim hissləri bu gün də unuda bilmirəm. İndi də həmin günləri düşünəndə bəzən inana bilmirəm ki, biz gedib Şuşanı azad etmişik. Şuşanın azad edilməsində iştirak etmək mənim üçün böyük qürurdur. Döyüşlərin ardınca şəhərə doğru irəlilədik və Şuşadakı inzibati binalardan birinin üzərində Azərbaycan bayrağını ucaltdıq…

– Ələddin bəy, 2023-cü ilin sentyabrında yenidən döyüş tapşırığı aldınız. Bu dəfə yolunuz haralardan keçdi?

– Sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri başlayanda yenidən döyüş tapşırığı aldıq. Bu dəfə Şuşadan Xankəndi istiqamətində hərəkətə başladıq. Qarşımıza qoyulan mövqelər uğrunda döyüşə-döyüşə mövqeləri bir-birinin ardınca nəzarətə götürdük və qələbəyə doğru irəlilədik.

– Vətən müharibəsindən üç il sonra yenidən həmin torpaqlardan döyüşçü kimi keçmək sizin üçün nə ifadə edir?

– 2020-ci ildə Şuşanın azad edilməsində iştirak etmişdik. Üç il sonra yenidən Qarabağda döyüş tapşırığını yerinə yetirirdik. Hər iki əməliyyatın iştirakçısı olmaq, başladığımız yolun davamını görmək bir hərbçi kimi mənim üçün böyük qürurdur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş