Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla, 3 nəfər yaralandı 

1 Min Read

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

 

Izmedia.az-ın məlumatına görə, hadisə rayonun H. Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, “VAZ-21099” markalı avtomobili ötmək istəyən “Toyota Prius” markalı nəqliyyat vasitəsi ötmə manevrini düzgün yerinə yetirməməsi səbəbindən “Toyota Prius” əvvəlcə “VAZ-21099″a dəyib.

Zərbənin təsirindən idarəetməni itirən avtomobil daha sonra qarşı tərəfdən gələn “VAZ-2107” markalı nəqliyyat vasitəsilə üz-üzə toqquşub.

 

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyevdir. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Qəzanın təfərrüatları ilə bağlı araşdırma aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş