Cəlilabad sakinini ilan sancıb – YENİLƏNİB

0 Min Read

Cəlilabadda ilan sancan şəxsin kimliyi məlum olub.

İzmedia.az xəbər verir ki, kənd sakini, 38 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.

Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.

***22:13

Cəlilabad sakinini ilan sancıb.

İzmedia.az xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

Onun səhhətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş