Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda azyaşlıya qızıl sikkə bağışlayıb

1 Min Read
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türk Evinin qarşısında toplaşan vətəndaşlarla görüşüb.
Prezident onu dörd saat boyunca yağışlı havada gözləyən izdihamın arasında balaca bir oğlan uşağını diqqətə alaraq təhlükəsizlik çəpərinin açılmasını və ailənin içəri dəvət olunmasını tapşırıb. Çoxsaylı insanların olduğu mühitdən təşvişə düşərək ağlamağa başlayan uşağı sakitləşdirmək üçün Ərdoğan ona qızıl sikkə hədiyyə edib və valideynlərindən körpəni narahat etməmələrini xahiş edib.
Uşağın atası Məhəmməd Ürkər jurnalistlərə açıqlamasında ailəsi ilə birlikdə bu görüş üçün Almaniyadan gəldiklərini bildirib və Türkiyə dövlət başçısı ilə qarşılaşmanı “sözlə təsvir edilə bilməyən, çox təsirli bir an” kimi dəyərləndirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş