AK nümayəndəsi: “Müharibəyə son qoymaq və hakimiyyəti dəyişmək Rusiya vətəndaşlarının öz əlindədir”

1 Min Read
Avropa Komissiyasının nümayəndəsi Arianna Podesta Rusiya vətəndaşlarının öz ölkələrindəki siyasi vəziyyəti dəyişmək və Ukraynadakı müharibəni dayandırmaq gücünə malik olduqlarını bildirib. AK rəsmisi vurğulayıb ki, müharibəni dəstəkləyən hökumətin hakimiyyətdə qalması rusiyalıların seçimindən asılıdır və onlar müharibənin nəticələrini hiss etdikcə buna qarşı mübarizə aparmalıdırlar.
Bu bəyanat Yuliya Navalnanın Avropa İttifaqının rusiyalı oliqarxlar Əlişir Usmanov və Mixail Fridmana tətbiq edilən sanksiyaları ləğv etmək qərarını tənqid etməsindən sonra verilib. Aİ ölkələri Fransa və Lüksemburqun təzyiqi ilə Usmanov və Fridmanı sanksiya siyahısından çıxarsa da, Rusiya ilə əlaqəli digər 3000-ə yaxın fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətləri üç il müddətinə uzadıb.
Məlumata görə, Fransa Usmanova qarşı sanksiyaların ləğvinə Azərbaycan tərəfindən həbs edilmiş Fransa vətəndaşı Martin Rayanın əfv edilərək azadlığa buraxılması müqabilində nail olub. Lüksemburq isə Fridmanın ölkəyə qarşı qaldırdığı 15,8 milyard dollarlıq arbitraj iddiası fonunda onun siyahıdan çıxarılmasını tələb edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş