ABŞ Dəniz Qüvvələri İran limanlarına gedən 115 ticarət gəmisinin istiqamətini dəyişdirib

1 Min Read
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri dəniz blokadasının bərpa edilməsindən bəri İran limanlarına daxil olan və ya oradan ayrılan 115 ticarət gəmisini saxlayaraq istiqamətini dəyişdirib. Komandanlıq “polad divar” adlandırılan blokada rejiminin sərt şəkildə icra olunduğunu bildirib.
İyulun 14-də bərpa edilən dəniz blokadası çərçivəsində daha əvvəl 142 gəmi geri qaytarılıb, qaydaları pozan 9 gəmi istismardan çıxarılıb və 50-dən çox humanitar yük gəmisinin keçidinə icazə verilib. CENTCOM rəhbəri Bred Kuper Amerika hərbçilərinin Fars körfəzində 2000-dən çox ticarət gəmisinin təhlükəsizliyini təmin etdiyini və Hörmüz boğazından 1 milyard bareldən çox neftin daşınmasına şərait yaratdığını açıqlayıb.
Admiral Kuper əlavə edib ki, görülən hərbi tədbirlər nəticəsində İranın neft eksportu sıfıra endirilib. Hazırda ABŞ ordusu Körfəz Əməkdaşlıq Şurası və sığorta şirkətləri ilə birlikdə bölgədə ticarət gəmilərinin təhlükəsiz hərəkət intensivliyini artırmaq istiqamətində işləri davam etdirir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş