İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük ultimatum təklifi irəli sürüb

1 Min Read
Strait of Hormuz Oil Tanker Routes Map Infographic, Strategic Maritime Shipping Lanes Vector Illustration.
İranın Xarici İşlər Naziri Abbas Əraqçi BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında Tehranın vasitəçilər vasitəsilə Vaşinqtona yeni diplomatik təklif təqdim etdiyini bildirib. Təklifə əsasən, ABŞ müəyyən edilən şərtləri qəbul edərsə, tərəflər arasında danışıqlar bərpa olunacaq və Hörmüz boğazı 7 gün ərzində gəmilərin gediş-gəlişi üçün yenidən açılacaq.
Əraqçinin sözlərinə görə, bu təklif tərəflərin iyun ayında əldə etdikləri anlaşma memorandumuna əsaslanır. CNN-in məlumatına görə, təklif edilən 7 günlük müddət ABŞ-ın razılığı rəsmən təsdiqlədiyi gündən hesablanacaq. İran tərəfi danışıqların noyabrda keçiriləcək ABŞ Konqresinə ara seçkilərdən əvvəl bərpa olunmasının hər iki tərəf üçün daha əlverişli olacağını vurğulayıb.
Anonim amerikalı rəsmilər vasitəçilər üzərindən konstruktiv təmasların olduğunu təsdiqləsələr də, Vaşinqtonun tələsmədiyini diqqətə çatdırıblar. ABŞ rəsmisi bildirib ki, Hörmüz boğazında təhlükəsizlik və nəzarət tam təmin olunub və son 24 saat ərzində boğazdan 22 milyon bareldən çox neft daşınıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş