Yaxın Şərq münaqişəsi qlobal tənəzzülə səbəb ola bilər – Finlandiya Prezidenti

1 Min Read

Finlandiya Prezidenti Aleksandr Stubb “Politico”ya verdiyi müsahibədə bildirib ki, Yaxın Şərqdəki münaqişənin iqtisadi təsiri COVID-19 pandemiyasının nəticələrindən daha ağır ola və hətta qlobal tənəzzülə gətirib çıxara bilər.

“Düşünürəm ki, hazırda elə bir vəziyyətdəyik ki, bu, öz-özünə qlobal tənəzzülə səbəb ola bilər. Bu, beynəlxalq qaydalar və normalar çərçivəsindən kənara çıxıldıqda nələrin baş verdiyini göstərir”, – deyə Finlandiya lideri qeyd edib.

O əlavə edib ki, hazırda müşahidə olunan vəziyyət beynəlxalq təsisatların və qaydaların, onlara ən çox ehtiyac duyulan bir dövrdə zəiflədiyini göstərir.

Stubbun sözlərinə görə, ABŞ Prezidenti Donald Trump administrasiyasının əməliyyat yönümlü yanaşması xarici siyasətdə effektiv deyil. “Diplomatiya nadir hallarda əməliyyat xarakterli olur. Maraqlar əməliyyat yönümlü ola bilər, lakin bu halda belə qarşılıqlı maraqların tapılması vacibdir”, – deyə o bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş