Məsud Pezeşkiyan: “İran ABŞ ilə müharibə axtarmır, qərarı Vaşinqton verməlidir”

1 Min Read
İran Prezidenti Məsud Pezeşkiyan Tehranın ABŞ ilə münaqişəni seçmədiyini və müharibənin nə vaxt başa çatacağına qərar vermək səlahiyyətinin Vaşinqtonun öhdəsində olduğunu bildirib.
“Fox News” telekanalına müsahibəsində Pezeşkiyan münaqişənin ilin sonunadək bitib-bitməyəcəyi sualına cavab verərkən vurğulayıb ki, İran müharibəni davam etdirmək niyyətində deyil və Amerika bu münaqişəyə son qoyub-qoymamaq barədə seçim etməlidir. O, ölkəsinin müharibə tərəfdarı olmadığını, lakin özünü qətiyyətlə müdafiə edəcəyini və problemlərin dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.
Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı İranla razılaşmaya gəlmək və ya bu ölkəni məhv etmək seçimi qarşısında olduğunu bəyan edib. Tramp ABŞ-də keçiriləcək ara seçkilərdən sonra mümkün sülh sazişinin əldə olunacağına ümid etdiyini bildirib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş