ABŞ-ın Merilend ştatının Federal Dairə Məhkəməsi Prezident Donald Trampın ölkədə “doğum turizmi”ni məhdudlaşdırmağa və doğumla vətəndaşlıq almaq hüququnu ixtisar etməyə yönəlmiş yeni fərmanının icrasını müvəqqəti olaraq dayandırıb.
Məhkəmə qərarına əsasən, Vaşinqton administrasiyası fərmanda yer alan bir neçə əsas müddəanın tətbiqini dayandırmalıdır. Avqust ayında imzalanmış bu sənəd xarici vətəndaşların yalnız övladlarına ABŞ vətəndaşlığı qazandırmaq məqsədilə ölkəyə gəlişinin (“doğum turizmi”) qarşısını almağı hədəfləyirdi.
Məhkəmənin qərarı ilkin xarakter daşıyır və iddia miqrant hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən qaldırılıb. Hakim fərmanın ABŞ Ali Məhkəməsinin mövcud qərarları ilə ziddiyyət təşkil etdiyini bildirib.
Xatırladaq ki, iyun ayında Ali Məhkəmə Trampın 2025-ci il yanvarın 20-də imzalandığı analoji başqa bir fərmanını Konstitusiyaya zidd elan etmişdi. Həmin sənəddə valideynləri ölkədə qanunsuz yaşayan, yaxud müvəqqəti vizalarla (təhsil, iş, turist və ya vizasız rejim daxilində) olan şəxslərin uşaqlarına vətəndaşlıq verilməsindən imtina olunması tapşırılırdı.
ABŞ Konstitusiyasına 14-cü düzəlişlə təmin edilən doğumla vətəndaşlıq hüququ Vətəndaş müharibəsindən (1861–1865) sonra qəbul olunaraq afroamerikalılara vətəndaşlıq verilməsini rədd edən 1857-ci il Ali Məhkəmə qərarını ləğv etmişdi.
İzmedia.az
![]()

