Böyük Britaniyada 150 etirazçının saxlanılmasından sonra hökumət ikiüzlülükdə ittiham olunub

1 Min Read
Böyük Britaniyadakı fəallar Liverpulda Leyboristlər Partiyasının konfransı keçirilən bina qarşısında polislə 16 saat davam edən qarşıdurma zamanı 150 dinc nümayişçinin terrorçuluq ittihamları ilə həbs olunmasını kəskin pisləyiblər.
Həbslər “Defend Our Juries” təşkilatının Böyük Britaniya və ABŞ tərəfindən terror təşkilatları siyahısına salınaraq fəaliyyətinə qadağa qoyulmuş Fələstin Hərəkatına dəstək aksiyası zamanı baş verib. Qurumun yaydığı bəyanatda hökumətin siyasi xətti riyakarlıq kimi dəyərləndirilib:
“Bu gün keçiriləcək konfransda Ed Miliband partiya üzvlərinə etirazları ilə Qəzza mövzusunda siyasi təzyiq yaratmaqda haqlı olduqlarını deyəcək. Bu riyakarlıq dəhşətlidir. Əgər o, dediklərində səmimidirsə, niyə soyqırıma qarşı prinsipial mövqe tutanlar terrorçu kimi həbs edilir? Soyqırım silahlarının əsas təchizatçısı olan ‘Elbit Systems’ şirkəti nə üçün Böyük Britaniyada cəzasız şəkildə fəaliyyətini davam etdirir?”
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Endi Börnhem bazar ertəsi günü Liverpulda leyboristlərin lideri sifətilə ilk konfransında çıxış edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş