İspaniyada dəhşət: valideynlərin COVID qorxusu uşaqları 4 il evdə saxladı

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, İspaniya məhkəməsi bir cütlüyü üç uşaqlarını dörd il ərzində evdən çıxarmadıqları və onları tamamilə təcrid etdikləri üçün 3 il azadlıqdan məhrum edib. Hadisə 2021-ci ilin dekabrında başlayıb və uşaqlar yalnız 2025-ci ilin aprelində azad ediliblər.

Valideynlər koronavirusdan yoluxma qorxusu ilə uşaqların heç bir şəkildə çölə çıxmasına, məktəbə getməsinə və digər insanlarla ünsiyyət qurmasına icazə verməyiblər. Bu uzunmüddətli təcrid uşaqlarda ciddi fiziki və psixoloji problemlərə səbəb olub.

Məlumata görə, uşaqlar illərlə qapalı şəraitdə yaşayıb, normal təhsil ala bilməyib və sosial bacarıqları inkişaf etməyib. Onların azad edildiyi vaxt ciddi sağlamlıq və inkişaf problemləri aşkarlanıb.

Məhkəmə valideynlərin davranışını “qorxu ilə əsaslandırılmış həddindən artıq nəzarət” yox, ağır zorakılıq kimi qiymətləndirib və onları valideynlik hüququndan da məhrum edib. Uşaqlar hazırda sosial xidmətlərin nəzarətində reabilitasiya keçirlər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş