“Kətaib Hizbullah” İraq hava məkanını pozan təyyarələri vurmaqla hədələyib

1 Min Read
İraqda fəaliyyət göstərən İran yönümlü “Kətaib Hizbullah” qruplaşması ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması fonunda İraqın hava məkanını pozacaq “düşmən” təyyarələrini vuracağı ilə bağlı xəbərdarlıq edib.
Qruplaşmanın nümayəndəsi Əbu Mücahid əl-Əsəf bildirib ki, hava məkanını pozan obyekti əvvəlcə xəbərdar edəcək, daha sonra isə məhv edəcəklər. ABŞ qüvvələrinin İraqın şimalındakı Ərbil bazasından geri çəkilmə prosesi artıq başlayıb və koalisiyanın missiyasını tam yekunlaşdırması üçün çərşənbə gününə qədər vaxtı var.
Bundan əlavə, Əl-Əsəf Bağdad rəhbərliyindən İrana qarşı tətbiq edilən “hava blokadası”na son qoymağı tələb edib, əks halda sərhəd keçid məntəqələrini bağlayacaqları ilə hədələyib. Xatırladaq ki, İraq Vaşinqtonun İran aviaşirkətlərinə sanksiya tətbiq etməsindən sonra Tehran istiqamətində bütün kommersiya uçuşlarını dayandırmışdı.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş