İsrailli köçkünlər Qərb Sahilində fələstinlilərin evlərini yandırıblar

1 Min Read
İsrailli radikal köçkünlər işğal altındakı İordan çayının qərb sahilində yerləşən Calud kəndində iğtişaşlar törədərək yolları bağlayıb, bina və nəqliyyat vasitələrini yandırıblar.
100-dən çox israilli köçkünün iştirak etdiyi hücum zamanı daha əvvəl zorakılıqlar səbəbindən kəndi tərk etmək məcburiyyətində qalmış fələstinli Tubasi ailəsinin öz evlərinə qayıtmasına mane olunub. İsrail hərbçiləri ailənin geri dönüşünü təmin etməyə çalışsa da, köçkünlər zorakılıqla müdaxilə edərək hərbçilərə də daş atıblar.
İsrail ordusunun bəyanatına görə, baş verən toqquşmalarda 3 polis əməkdaşı yaralanıb, 2 şübhəli isə dindirilmək üçün saxlanılıb. Hadisə yerində araşdırmalara başlanıldığı bildirilir. Yerli fələstinlilər isə hərbi basqınlar və radikal köçkünlərin artan hücumları fonunda mütəmadi olaraq məcburi köçkünlüklə üz-üzə qaldıqlarını vurğulayırlar.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş