Avropa İttifaqının energetika üzrə komissarı Dan Yorgensen “Euronews”a verdiyi açıqlamada, İttifaqın strateji dizel yanacağı ehtiyatlarının bazara çıxarılması zamanını təkcə Birləşmiş Ştatlarla deyil, Beynəlxalq Enerji Agentliyinin (BEA) bütün üzv ölkələri ilə fəal şəkildə müzakirə etdiyini bildirib.
“Bu, bizim malik olduğumuz əsas çevik alətlərdən biridir. Biz bundan əvvəl də istifadə etmişik və böhran dərinləşərsə, böyük ehtimalla yenidən istifadə edəcəyik”, – deyə Dan Yorgensen vurğulayıb.
Avropa Komissiyasının dərc etdiyi son məlumatlara görə, Yaxın Şərqdə davam edən hərbi gərginlik və ABŞ-İran münaqişəsinin eskalasiyası fonunda İtaliya, Belçika, Rumıniya və Polşa da daxil olmaqla Aİ-nin 12 üzv ölkəsində dizel yanacağının pərakəndə satış qiymətləri tarixi rekord həddə çatıb.
Ekspertlər bildirirlər ki, strateji ehtiyatların koordinasiyalı şəkildə bazara çıxarılması qlobal enerji bazarındakı qiymət təzyiqini və yanacaq qıtlığı riskini müvəqqəti olaraq yumşaltmaq məqsədi daşıyır.
İzmedia.az
![]()

