CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ölkəsinin demək olar ki, limitsiz miqdarda sursat təchizatına malik olduğunu bildirib. O, müəyyən növ müasir silahların ehtiyatında müəyyən azalmaların olduğunu etiraf etsə də, bunun ölkənin ümumi döyüş qabiliyyətinə təsir göstərmədiyini vurğulayıb.
Ağ Evdə Konqresə silah alışı üçün əlavə maliyyə sorğusu ilə bağlı sualı cavablandıran Tramp, İranla davam edən hərbi gərginlik fonunda bəzi sursat növləri üzrə vəziyyətin daha gərgin olduğunu qeyd edib. Bununla belə, prezident müdafiə sənayesi şirkətlərinin “Patriot” zenit-raket kompleksi raketləri və “Tomahawk” qanadlı raketlərinin istehsalını kəskin artırdığını diqqətə çatdırıb.
Tramp vurğulayıb ki, Vaşinqton ən müasir və dəqiq silah ehtiyatlarını diqqətlə nəzarətdə saxlayır, eyni zamanda ordunun ixtiyarında yüksək effektivliyə malik böyük həcmdə standart sursat ehtiyatları var. ABŞ prezidentinin sözlərinə görə, ölkə ehtimal olunan yeni münaqişələrə qarşı hazır olmaq üçün öz arsenalını ardıcıl olaraq zənginləşdirməyə davam edir.
İzmedia.az
![]()

