Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) beynəlxalq təhlükəsizlik üzrə analitiki Baraa Şiban bildirib ki, Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin husilərin nəzarətində olan əraziləri geri qaytarmaq üçün başlattığı hərbi əməliyyatlar uzun və çətin keçəcək.
İstanbuldan “Al Jazeera”ya danışan ekspert münaqişənin tezliklə yekunlaşacağı barədə iddiaları təkzib edib: “Bütün əlamətlər uzun sürən bir döyüşə işarə edir. Yəmən daxilində hərbi əməliyyatların daha bir neçə il davam edəcəyinin şahidi ola bilərik. Təəssüf ki, bu eskalasiyanın əsas yükünü məhz mülki Yəmən xalqı daşıyacaq”.
Şiban vurğulayıb ki, 2022-ci ildə əldə edilən atəşkəsə baxmayaraq, beynəlxalq birliyin davamlı sülhə nail ola bilməməsi böyük uğursuzluqdur. O, BMT-nin Yəmən üzrə xüsusi elçisinin iki ildən artıqdır ki, husi rəhbərliyi ilə görüşə bilmədiyini və vasitəçilik mexanizmlərinin tamamilə iflasa uğradığını diqqətə çatdırıb.
İzmedia.az
![]()

