İşğal olunmuş Qərb Şəriyyənin Nablus şəhəri yaxınlığında bir qrup İsrailli məskun zeytun yığan fələstinli fermerlərə hücum edib. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, incident Burqa kəndi ərazisində baş verib. Məskunlar fermerlərin məhsul yığmasına mane olub, həmçinin qonşu yaşayış məntəqəsində fələstinliyə məxsus traktoru müsadirə ediblər.
Fələstin Muxtariyyətinin Müstəmləkəçilik və Divar Müqaviməti Komissiyası bildirir ki, təkcə sentyabr ayı ərzində baş verən hücumlar nəticəsində 9 334-ü zeytun ağacı olmaqla, ümumilikdə 14 600 ağaca zərər vurulub.
Qeyd edək ki, komissiyanın əvvəlki hesablamalarına görə, Fələstində builki zeytun istehsalı 21 min ton proqnozlaşdırılırdı. Regionda daxili tələbat isə təxminən 15 min ton təşkil edir.
İzmedia.az
![]()

