Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Məhəmməd əl-Budaivi Səudiyyə Ərəbistanının Cəzan şəhərindəki Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanına və Nəcran Beynəlxalq Hava Limanına təşkil edilən raket və PUA hücumlarını kəskin şəkildə pisləyib.
Baş katib mülki şəxslərin toplaşdığı obyektlərin və strateji infrastrukturların hədəf alınmasını regional təhlükəsizlik üçün “təhlükəli eskalasiya” və qəbuledilməz təxribat kimi dəyərləndirib. Əl-Budaivi beynəlxalq ictimaiyyəti husilər tərəfindən törədilən bu kimi sistemli hücumların qarşısının alınması üçün qətiyyətli adımlat atmağa çağırıb.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsinin açıqlaması:
-
Yaralananlar və zərər: Bazar ertəsi axşam saatlarında baş verən hücumlar nəticəsində ən azı 3 nəfərin yaralandığı və hava limanlarının infrastrukturuna ziyan dəydiyi rəsmən təsdiqlənib.
-
Təhlükəsizlik rejiminin gücləndirilməsi: Krallığın mülki aviasiya qurumları cənub sərhədyanı bölgələrdəki hava limanlarında təhlükəsizlik tədbirlərini maksimum dərəcəyə qaldırıb.
İzmedia.az
![]()

