İsrailin Qəzza və Xan Yunisə zərbələri nəticəsində ən azı 3 fələstinli həlak olub

1 Min Read
Qəzzadakı tibbi mənbələrin verdiyi məlumata görə, İsrail hərbi qüvvələrinin Qəzza şəhərinə və cənubdakı Xan Yunis rayonuna təşkil etdiyi son hava və artilleriya zərbələri nəticəsində ən azı üç fələstinli həyatını itirib.
Hücumlar zamanı Qəzza şəhərinin qərb hissəsində yaşayış zonasına endirilən zərbə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı təsdiqlənib. Eyni zamanda Xan Yunis istiqamətində həyata keçirilən bombardmanlar zamanı da tələfat qeydə alınıb.
Həkimlər və xilasetmə briqadaları dağıntılar altında qalanların və yaralıların təxliyəsi istiqamətində işləri davam etdirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş