Marko Rubio: “İranın heç vaxt nüvə silahı ola bilməz, nöqtə”

1 Min Read
ABŞ Dövlət Katibi Marko Rubio Afinada yunanıstanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Tehranın Amerika qüvvələrini regiondan sıxışdırıb çıxarmaq cəhdlərinə baxmayaraq, Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyini rəsmən bəyan edib.
Rubio Birləşmiş Ştatların sahib olduğu güclü hərbi imkanlar sayəsində Yaxın Şərqdə təhlükəsizliyi tam təmin etmək iqtidarında olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, tətbiq olunan iflicedici sanksiyalar nəticəsində İran iqtisadiyyatı dünyada analoqu az olan ağır krizis mərhələsinə qədəm qoyub. Tehranın toxunulmazlıq qazanmaq üçün nəhəng ənənəvi hərbi potensial formalaşdırmağa çalışdığını diqqətə çatdıran ABŞ Dövlət Katibi, Vaşinqton üçün məqbul sayıla biləcək hər hansı gələcək razılaşmanın tək şərtinin İranın nüvə silahından tamamilə imtina etməsi olduğunu bildirib.
Rubio həmçinin əlavə edib ki, zərurət yarandığı təqdirdə Yunanıstan mühasirə və gərginlik altında olan Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün Birləşmiş Ştatlar ilə sıx əməkdaşlıq edəcək.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş