Tehran nüvə danışıqlarını dayandırdı: ABŞ ilə müzakirələr yalnız müharibə bitdikdən sonra mümkündür

1 Min Read
İran rəhbərliyi Birləşmiş Ştatların Hörmüz boğazının yenidən açılması və hərtərəfli sülh sazişinin əldə olunması ilə bağlı təkliflərini nəzərdən keçirsə də, Vaşinqtonla nüvə proqramı ətrafında hər hansı müzakirənin aparılmasını qətiyyətlə rədd edib.
Tehrandan bildirilib ki, nüvə faylı üzrə danışıqlar İslamabad anlaşma memorandumunun müddəaları tam icra olunana və ya İranın ABŞ tərəfinə təqdim etdiyi şərtlər yerinə yetirilənə qədər təxirə salınır. İran rəsmiləri ölkənin dinc nüvə proqramının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarəti altında olduğunu, lakin nüvə obyektlərinin ABŞ və İsrail tərəfindən dəfələrlə qanunsuz hücumlara məruz qaldığını vurğulayıblar. Tehran həmçinin MAQATE-ni qərəzli hesabatlar vasitəsilə Birləşmiş Ştatlara hərbi zərbələr üçün bəhanə yaratmaqda ittiham edərək, bu məsələyə yalnız müharibə tamamilə yekunlaşdıqdan sonra qayıdıla biləcəyini bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş